10 C
Baku
Wednesday, December 11, 2024

“Aztelekom”a qarşı qaldırılmış iş üzrə məhkəmə qərarı açıqlanıb

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus “Aztelekom” MMC-yə qarşı 24 iyun 2023-cü il tarixli qərarı və göstərişi 21 iyul 2023-cü il tarixində məhkəmə qaydasında mübahisələndirilib.

Bu barədə “Aztelekom”dan bildirilib.

“16 may 2024-cü il tarixində birinci instansiya məhkəməsi tərəfindən “Aztelekom” MMC-nin iddiasının tam təmin edilməsi barədə qərar qəbul edilib”, – deyə məlumatda qeyd edilib.

Xatırladaq ki, ötən il Dövlət Xidməti “Aztelekom” və nazirliyə məxsus “Bakı Telefon Rabitəsi” (“Baktelecom”) MMC barədə antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə qaldırılmış işə dair qərar qəbul edib. Qərara əsasən, qaldırılmış işə Cəmiyyətlər tərəfindən bir sıra infrastruktur xidmətləri üzrə “qiymət manipulyasiyasına yol verilmənin olub-olmaması” hissəsində xitam verilib. Həmçinin həmin qərar ilə Cəmiyyətlərin göstərdiyi data (port) xidmətinin qanunvericiliyin tələblərinə uyğunlaşdırılması barədə Cəmiyyətlərə göstəriş verib və onların hər birinə 16 500 manat maliyyə sanksiyası tətbiq edilib.

Bununla bağlı “Aztelekom” MMC-dən qərarın bu hissəsinin və göstərişin mövcud qanunvericiliklə təzad təşkil etdiyi və əsassız olduğu qənaətində olduqları bildirilib. Qeyd edilib ki, AİBNDX-nın mövqeyinə əsasən, Cəmiyyətlərin Tarif (qiymət) Şurası tərəfindən qiyməti tənzimlənən xidmətlərlə eyni predmetli xidmətlərin tariflərini müəyyən etdiyinin iddia edilməsinə baxmayaraq, Cəmiyyətlər tərəfindən qiymətləri tənzimlənmiş xidmətlər Tarif Şurası tərəfindən qiyməti tənzimlənən xidmətlərə heç bir halda aid deyil. Belə ki, Cəmiyyətlər tərəfindən qeyd edilmiş xidmətlərin təqdim edilməsində kanalyaradıcı avadanlıqlardan istifadə edilməyib.

Qeyd olunan məlumatlar və müvafiq sübutların işin araşdırılması zamanı da təqdim edilməsinə baxmayaraq, AİBNDX tərəfindən yuxarıda qeyd edilmiş qərar qəbul edilib.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər