9 C
Baku
Friday, December 13, 2024

AzTV hesabat açıqladı – İli zərərlə başa vurub

“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC 2019-cu il ərzində 2.6 milyon manat zərər etmişdir.

Banker.az xəbər verir ki AzTV-nin 2019-cu il üzrə açıqladığı maliyyə hesabatına istinadən xəbər verir ki, 2018-ci illə müqayisədə 2 dəfə azdır.

2019-cu ildə AzTV-nin gəlirləri 34.24 mln. manat (illik müqayisə: 5.1%), o cümlədən qeyri-birja əməliyyatlarından gəlirləri (dövlət büdcəsindən ayırmalar) 32.94 mln. manat (+1.4%), birja əməliyyatlarından gəlirləri 541 min manat (+5.9 dəfə), sair əməliyyat gəlirləri isə 763 min manat olub.

İl ərzində dövlət televiziyasının xərcləri isə 36.75 mln. manat (-3.5%), o cümlədən sərf etdiyi materialların dəyəri 1.02 mln. manat (+7.8%), əmək haqqı xərcləri 19.02 mln. manat (+16.6%), amortizasiya xərcləri 4.85 mln. manat (-17.4%), sair əməliyyat xərcləri isə 11.86 mln. manat (-20.8%) təşkil edib. 2019-cu ildə 90 min manat mənfəət vergisi ödəyib.

Bu zərərdən sonra AzTV-nin balansındakı yığılmış zərər 1.41 mln. manat olmuşdur.

0012 0013

Son xəbərlər
Digər xəbərlər