2 C
Baku
Saturday, December 14, 2024

BƏƏ anti-İran siyasətindən əl çəkir

Əbu-Dabi anti-İran mövqeyindən çəkinəcək və Tehranla əlaqələrini nizama salmağa çalışacaq.

Bu haqda Birləşmiş Ərəb Əmirlikləri rəhbərlərinin gizli müşavirəsində fikir mübadiləsi aparılıb. Məlumatı ANadolu agentliyi yayır.

Şahzadə Məhəmməd bin Zayed Əl-Naxayanın iştirakı ilə keçirilən müşavirədə BƏƏ-nin baş naziri və Dubay əmirliyinin başçısı Məhəmməd bin Rəşid Əl-Maktum ölkəsinin xarici siyasətini tənqid atəşinə tutub.

“Liviya yaxud Sudanda hakimiyyət dəyişməsinin BƏƏ-yə nə xeyri var? Siz düşünürsünüz ki, ABŞ İrana zərbə endirəcək, amma Tramp dialoqa çağırır. Tutaq ki, ABŞ həqiqətən İrana zərbə endirdi. Bu zaman İran kimə hücum edəcək? Tehran özü və yaxud husilərin vasitəsi ilə BƏƏ-yə və Səudiyyə Ərəbistanına hücum edəcək”, – deyə, şeyx bildirib.

Onun sözlərinə görə, BƏƏ-nin ərazisinə bircə raket düşsə bütün xarici investorlar və hətta Asiyadan olan fəhlələr belə ölkəni tərk edəcək.

Dubay şeyxinin fikrincə BƏƏ xarici siyasətini tamam dəyişməli və Yəməndən Liviyaya kimi milyonlarla dollar xərclərini kəsməlidir.

Şahzadə Məhəmməd bin Zayed Əl-Naxayan baş nazirin çıxışına dəstək verib və xarici siyasətdə dəyişikliklər edəcəyini bildirib.

Son xəbərlər
Digər xəbərlər