9 C
Baku
Thursday, December 12, 2024

BƏƏ-də ən müasir təhsil müəssisələri yaradılacaq

Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) ən müasir təhsil müəssisələri yaradılacaq. Bu genişmiqyaslı layihənin dəyəri 1,5 milyard dirhəm (408 milyon dollar) olacaq.

BƏƏ-nin baş naziri və vitse-prezidenti, Dubay hökmdarı Şeyx Məhəmməd bin Rəşid al Məktumun sözlərinə görə, layihəyə əsasən, həmin məktəblərdə robototexnika, süni intellekt, səhiyyə və ətraf mühit laboratoriyaları, həmçinin xüsusi idman qurğuları nəzərdə tutulur.

Dubay hökmdarı qeyd edib ki, layihənin həyata keçirilməsi üçün ayrılacaq məbləğdən 100 milyon dirhəm (27 min dollar) mehmanxana, pərakəndə ticarət, neft-qaz və logistika sektorlarında təhsil alan 65 min tələbənin biznes vərdişlərinin və karyera imkanlarının genişləndirilməsinə yönəldiləcək.

O, xüsusi vurğulayıb ki, bu təşəbbüs ölkə iqtisadiyyatının inkişafına stimul yaradacaq, insanların texnoloji inkişaf səviyyəsi ilə ayaqlaşmasına, öz vərdişlərini müasir tələblərə uyğunlaşdırmalarına imkan verəcək.

Şeyx Məhəmməd fitri qabiliyyətli tələbələrin 3 il ərzində ali təhsil ala bilmələri üçün ali təhsil müəssisələrində xüsusi proqramlar yaradılması barədə sərəncam verib. Şeyx Məhəmməd bin Rəşid al Məktum deyib: “BƏƏ məktəbləri gələcəyin mərkəzi, bizim tələbələr isə gələcək BƏƏ-nin liderləri olacaqlar”.

MənbəAzərtac
Son xəbərlər
Digər xəbərlər