6 C
Baku
Monday, December 16, 2024

BƏƏ-nin hasilatı artırmaq çağırışı neft bazarına “inandırıcı gəlmir”: Qiymət yenə bahalaşır

Ötən gün ən böyük neft hasilatçılarından biri BƏƏ-nin hazırda “dar kvotada” bazara çıxarılan neftin artırılması ilə bağlı çağırışı və Ukrayna liderinin bəzi kompramislərə hazır olduğunu deməsi ilə qiymətlər kəskin dəyər itirdi.

Brent markalı xam neftin barreli 13% qiymət itkisi ilə üzləşməklə barreli $110-a qədər may fyuçerslərində düşdü, ticarət sessiyası bir barrel üçün  $111.14-də bağlandı.

BƏƏ-nin ABŞ-dakı səfiri Yusif Əl-Otaiba bəyanatla çıxış edib. Onun sözlərinə görə, OPEC-in üzvü olan Birləşmiş Ərəb Əmirlikləri neft hasilatını artırmağa hazırdır.

Beləliklə, Rusiyaya qoyulan sanksiyalar fonunda psixoloji faktorlardan ölkənin neftinin alıcısının azalması fonunda OPEC+ bu addıma getməklə, enerji bazarında yaranmış mövcud qiymət böhranını bir qədər səngitmək hədəflənib. Hətta neft ixracatçıları da qiymətin bu qədər yüksək olmasından narahatdır. BƏƏ-nin energetika naziri Suheil əl-Mazroui çərşənbə günü ölkəsinin OPEC+ razılaşmasına və hasilat həcmlərinin tənzimlənməsi üçün mövcud mexanizmlərə sadiqliyini də təsdiq edib.

Dünyanın ikinci ən böyük ixracatçısı olan Rusiyanın xam neftini əvəz edəcək tədarükün haradan və nə vaxt gələcəyi ilə bağlı qeyri-müəyyənlik var. Bu da neftin bir barelinin qiyməti ilə bağlı geniş miqyaslı proqnozlara səbəb olub. Məsələn bu qiymətlərin barrel üçün $100-$200 aralığında olacağı bildirilir.

Bakı vaxtı ilə 09:15 radələrində isə qiymət kəskin enişdən sonra qismən korreksiya edib 3.44% artımla 115 $/bbl. təşkil edib.

“Düşünürük ki, bu mühitdə hasilatı artırmaq OPEC+ üçün çətin olacaq”, bunu Reuters-ə “Commonwealth Bank”ın əmtəələr üzrə analitiki Vivek Dhar bildirir.

tvc 86c07ddf7784df22f15b345be7459bcf

Son xəbərlər
Digər xəbərlər