BƏƏ Prezidenti Rusiyaya gedir

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) prezidenti Bin Zayed Əl Nəhyan sabah Rusiyaya səfər edəcək.

Bu barədə BƏƏ-nin dövlətə məxsus WAM xəbər agentliyi məlumat yayıb.

Bildirilir ki, o, Sankt-Peterburqda Rusiya prezidenti Vladimir Putinlə görüşəcək. Məlumatı Kremlin mətbuat katibi Dmitri Peskov da təsdiqləyib.

Peskovun sözlərinə görə, Putin və Əl Nəhyan təkbətək formatda ikitərəfli danışıqlar olacaq.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər