15 C
Baku
Saturday, April 20, 2024

Bələdiyyə sədrinin ailəsinin üstünə maşın sürüb onlara xəsarət yetirən şəxsə cinayət işi açılıb

Bu il avqustun 26-da bir neçə Quba rayon sakininin öldürülməsinə cəhd edilməsi faktı ilə bağlı rayon prokurorluğunda istintaq olunan cinayət işinin istintaqı yekunlaşdırılıb.

Belə ki, Qubanın Qımılqazma kənd sakini Aydın Şahverdiyevin rayonun Qəçrəş bələdiyyəsinin sədri Vüqar Kərimovun ona istifadəsində olan torpaq sahəsini səndələşdirməyə köməklik etməyəcəyini yəqinləşdirib. Banker.az Quba rayon prokurorluğuna istinadən xəbər verir ki, bundan sonra bələdiyyə sədrindən qisas almaq məqsədilə idarə etdiyi avtomobili sədrin ailə üzvləri Könül Hüseynova, Səlimə Kərimova, Kərim Kərimov və İlhamə Kərimovanın üzərinə sürərək müxtəlif dərəcəli bədən xəsarətlər yetirməsinə, kənd sakinlərinin müdaxiləsi nəticəsində öz cinayətkar əməllərini başa çatdıra bilməməsinə əsaslı şübhələr müəyyən edilib.

Aydın Şahverdiyevə Cinayət Məcəlləsinin 29, 120.2.2 (xuliqanlıq niyyəti ilə adam öldürməyə cəhd), 29, 120.2.3 (zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özünü və ya yaxın qohumlarını öldürməyə cəhd), 221.3-cü (xuliqanlıq) və digər maddələri ilə ittiham elan edilməklə cinayət işi baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Son xəbərlər
Digər xəbərlər