10 C
Baku
Wednesday, December 11, 2024

“Bərdə Broyler”in mənfəəti azalıb

“Bərdə Broyler” ASC 2023-cü ili 34 351 manat mənfəətlə başa vurub. 2022-ci ildə broyler şirkətinin mənfəəti 36 431 manat olub ki, bu da illik müqayisədə mənfəətin 6% azalması deməkdir.

Banker.az bu barədə şirkətin maliyyə mənfəətinə istinadən xəbər verir.

Ötən il “Bərdə Broyler”in gəlirləri 102 509 manat (əvvəlki il ilə eyni) olub.

Hesabat dövründə “Bərdə Broyler”in cəmi aktivləri 759 752 manatdan 755 346 manata düşüb, cəmi kapitalı 327 305 manatdan 363 070 manata çatıb, cəmi öhdəlikləri 432 447 manatdan 392 276 manata düşüb.

Son xəbərlər
Digər xəbərlər