8 C
Baku
Thursday, December 12, 2024

Bəzi ərzaq məhsullarının qiymətləri bahalaşıb

Bu ilin aprel ayında ötən illə müqayisədə ayrı-ayrı ərzaq məhsullarından daha çox bahalaşma vaflinin, peçenyenin, unun, makaron məmulatlarının, düyünün, toyuq ətinin, kolbasa məmulatlarının, dondurulmuş balığın, qatılaşdırılmış şəkərli südün qiymətlərində qeydə alınıb.

“Banker.az”ın Dövlət Statistika Komitəsinə istinadən əldə etdiyi məlumata əsasən həmin dövr ərzində bahalaşma pendirin, yoqurtun, süfrə marqarininin, günəbaxan və qarğıdalı yağlarının, heyvanın, narın, naringinin, almanın, armudun, soğanın, kartofun, bibərin, şəkər və şəkər tozunun, konfetlərin, çayın, qəhvə və kakao tozunun, kola içkisinin, meyvə şirəsinin, mineral suların, arağın, ucuzlaşma isə əsasən yumurtanın, qozun, fındığın, xiyarın, kələmin və çuğundurun qiymətlərində müşahidə olunub.

Bildirilib ki, Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Son xəbərlər
Digər xəbərlər