10 C
Baku
Thursday, December 12, 2024

“Bəzi OPEC+ üzvləri kvotalarını düzgün yerinə yetirmir”

“Əminəm ki, Əbu-Dabidəki görüşdə razılaşdırıldığı kimi ilin sonuna qədər razılaşmanın icra səviyyəsi 136%-dən yuxarı olacaq”.

Report agentliyi xəbər verir ki, bunu OPEC-in Baş katibi Məhəmməd Barkindo “Rusiya energetika həftəsi” zamanı TASS-a müsahibəsində deyib.

Onun sözlərinə görə, sazişin icrası bəzi ölkələrin kvotanı həddindən artıq yerinə yetirməsi ilə mümkün olub, alyansın bəzi üzvləri isə kvotaları pozur. “Ancaq biz onlardan zəmanət almışıq ki, bəyan edilmiş hasilat səviyyəsinə çatılacaq. Odur ki, razılaşmanın icra səviyyəsi daha da artacaq”, – o bildirib.

Qeyd edək ki, OPEC+ ölkələri sentyabrın 12-də Əbu-Dabidə keçirilən görüşda hasilatın daha da azaldılması ilə bağlı danışıqları qeyri-müəyyən müddətə təxirə salıb. Əvəzində, daha əvvəl kvotalarını yerinə yetirməmiş ittifaqın bir neçə ölkəsi yaxın iki ay ərzində gündəlik təxminən 400 min barel miqdarında olan bazardakı artıq təklifi aradan qaldırmalıdır. 

Son xəbərlər
Digər xəbərlər