10 C
Baku
Thursday, December 12, 2024

B. Britaniya və Hindistan viza sazişi imzalayıblar

Böyük Britaniya və Hindistan arasında viza sazişi imzalanıb. Müqaviləyə əsasən, 18-30 yaşlı ali təhsilli Hindistan vətəndaşlarına iki il müddətinə Böyük Britaniyada işləmək üçün hər il 3 minə qədər viza veriləcək. İngilislərin Hindistana səfəri üçün də eyni şərtlər təklif olunacaq.

Banker.az bu barədə xarici mediaya istinadən xəbər verir.

“Mən Hindistanla bağlı mövcud olan dərin mədəni və tarixi əlaqələrin inanılmaz dəyərini əvvəlcədən bilirəm. Mən çox şadam ki, Hindistanın ən parlaq gəncləri indi Böyük Britaniyada həyatın təklif etdiyi hər şeyi təcrübədən keçirmək imkanı əldə edəcəklər, nəticədə iqtisadiyyatımız və cəmiyyətimiz daha da zənginləşəcək”, – deyə Böyük Britaniyanın Baş naziri Rişi Sunak deyib.

Müqavilə iki ölkə lideri arasında ticarət razılaşması ilə bağlı görüş ərəfəsində imzalanıb. Ticarət müqaviləsi nəticəsində Britaniya vizaların sayının artırılması və Hindistandan şotland viskisi və avtomobillərin idxal rüsumlarının azaldılması kimi məsələləri əhatə edir. Hazırda Böyük Britaniya və Hindistan arasında ikitərəfli ticarət dövriyyəsi 31 milyard dollardan çoxdur və ölkələr 2030-cu ilə qədər bu rəqəmi iki dəfə artırmağı planlaşdırır.

Son xəbərlər
Digər xəbərlər