Bir neçə gün əvvəl Heydər Əliyev Beynəlxalq Hava Limanında silahla tutulan şəxsin kimliyi müəyyənləşib.
Aeroport ərazisində yoxlanış zamanı çantasından tapança, 6 patron və 1 ədəd patron darağı aşkar edilən şəxs Litva vətəndaşı Şmiginas Gedimas olub.
Mərkəzi ofisi Omanda yerləşən “Golden Energy” şirkətinin sahibi olan 1980-ci il təvəllüdlü Ş.Gedimas Bakıdan Qətərin paytaxtı Dohaya uçmaq istəyərkən saxlanılıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.