17 C
Baku
Monday, April 29, 2024

“Bakı İxtisaslaşdırılmış Nəqliyyat”ın rəhbərliyi yenidən seçiləcək

“Bakı İxtisaslaşdırılmış Nəqliyyat” ASC səhmdarlarının növbədənkənar ümumi yığıncağı 12 yanvar 2024-cü il saat 10.30-da cəmiyyətin yerləşdiyi ünvanda keçiriləcəkdir.

Banker.az xəbər verir ki, gündəlikdəki məsələlər aşağıdakı kimidir:

1. Müşahidə şurasının, cəmiyyətin sədrinin və təftiş müfəttişinin yenidən seçilməsi.
2. Digər məsələ.

Səhmdarlar yığıncaqda müzakirəyə verilmiş məsələ ilə bağlı sənədlərlə hər həftənin iş günləri, saat 13.00-dək tanış ola bilərlər.

Ünvan- Bakı şəhəri, Nizami rayonu H.Əliyev prospekti, 3-cü kəsişmə küçəsidir.

Qeyd edək ki, “Bakı İxtisaslaşdırılmış Nəqliyyat” ASC 1998-ci ildə yaradılıb, nizamnamə kapitalı 210 148 manatdır və qanuni təmsilçisi Ramiz Haqverdidir.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər