21 C
Baku
Saturday, May 4, 2024

Bakı Limanında aşırılan əlvan metalın həcmi 85 %-dən çox artıb

Bu ili yanvar-iyul aylarında Bakı Beynəlxalq Dəniz Ticarət Limanında ümumi yüklər terminalı vasitəsilə aşırılmış əlvan metalın həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 85.6 % artaraq 245 min ton olub.

Ötən ilin eyni dövrü üzrə aşırılan əlvan metal məhsulların ümumi həcmi 132 min tondan çox olub.

Aşırılan əlvan metal məhsullarının əsas hissəsini Qazaxıstandan gətirilən alüminium, sink, mis katod, və qurğuşun yükləri təşkil edib.

Xatırladaq ki, 14 may 2018-ci il tarixindən Prezident İlham Əliyevin iştirakı ilə açılışı olmuş Bakı Limanının 1-ci fazada yükaşırma potensialı 15 milyon ton, o cümlədən 100 min TEU konteyner təşkil edir.

MənbəReport
Son xəbərlər
 ⁠
Digər xəbərlər