11 C
Baku
Wednesday, December 11, 2024

“Bakı Metropoliteni” 4 milyon manatlıq sifariş verdi

“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti “TAİS İKF” MMC ilə təxminən 4 milyon manatlıq müqavilə bağlayıb.

Banker.az xəbər verir ki, müqavilədə “Bakı Metropoliteni” QSC-nin stansiyaları, binaları, qurğuları və avadanlıqlarının təmizlənməsi işlərinin satın alınması nəzərdə tutulur.

Müqavilənin dəyəri isə 3.762.398,16 AZN-dir.

“TAİS İKF” MMC 1994-cü ildə dövlət qeydiyyatına alınıb, nizamnamə kapitalı 10 manatdır və qanuni təmsilçisi isə Rafail Şirinovdur.

 

Son xəbərlər
Digər xəbərlər