“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin dövlət qarşısında vergi borcu daha da artıb.
Bu barədə Banker.az-ın İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumat bazasından etdiyi rəqəmlər deyir.
Məlumata əsasən, “Bakı Metropoliteni” QSC-nin 31.01.2023-cü il tarixinə qədər vergi borcu 16 431 793.47 manatdır.
Xatırladaq ki, “Bakı Metropoliteni” QSC-nin nizamnamə kapitalı 2 580 638 397 AZN-dir və qanuni təmsilçisi isə Zaur Hüseynovdur.