Bakı metropoliteninin üç komitəsinin yeni tərkibi təsdiqlənib

“Bakı Metropoliteni” QSC-nin audit, strategiya və investisiyalar komitələrinin yeni tərkibləri təsdiq edilib.

Azərbaycan İnvestisiya Holdinqindən verilən məlumata görə, qeyd olunan komitələrin yeni tərkibləri QSC-nin Müşahidə Şurasının növbəti iclasında formalaşıb.

Şuranın sədri, iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyevin sədrliyi ilə keçirilən iclasda Müşahidə Şurasının üzvləri, QSC-nin sədri Zaur Hüseynov və digər vəzifəli şəxslər iştirak ediblər.

İclasda Cəmiyyətin hüquq, maliyyə, vergi və kommersiya sahələrində fəaliyyəti müzakirə olunub. Həmçinin QSC-nin korporativ strukturuna daxil olan bölmələrin ştat cədvəlinin təsdiq edilməsinə razılıq verilib.

İclas iştirakçıları Cəmiyyətin cari fəaliyyəti ilə əlaqədar olan digər məsələləri də müzakirə ediblər.

MənbəApa
Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər