15 C
Baku
Monday, May 6, 2024

“Bakı Metropoliteni”nin yeni stansiyasına rəis təyin edilib

“Bakı Metropoliteni” QSC-nin tikintisi yekunlaşan, şərti adı “Xocəsən” olan stansiyasına rəis təyin edilib.

Bununla bağlı səhmdar cəmiyyətinin rəisi Zaur Hüseynov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, sözügedən vəzifə Seyfulla Vəliyevə həvalə olunub.

O, bundan əvvəl “Nəriman Nərimanov” metrostansiyasının rəisi olub. S.Vəliyevin yerinə isə təyinat olmayıb və burada rəis vəzifəsinin icrası müvəqqəti olaraq rəis müavininə tapşırılıb.

Bakı metrosundan “Report”un sorğusuna cavab olaraq faktı təsdiq ediblər.

“Xocəsən” stansiyası metronun 3 xəttindən biri olan “Bənövşəyi” xəttə aiddir və bu xətdə olan sayca 4-cü stansiyadır. Bununla da metro stansiyalarının sayı 27-yə çatdırılır ki, hazırda onların 26-da sərnişin qəbulu həyata keçirilir.

Metronun 27 stansiyasının rəhbərliyi aşağıdakı kimidir:

Stansiya rəisinin adı Hazırda rəhbərlik

etdiyi stansiya

Əvvəl rəhbərlik

etdiyi stansiya

1 Əlişan Ağayev Avtovağzal Memar Əcəmi (Bənövşəyi)
2 Niyaz Alıyev Memar Əcəmi (Bənövşəyi) Qara Qarayev
3 Akif Məmmədov Şah İsmayıl Xətai Əhmədli
4 Yusif Kərimov Cəfər Cabbarlı Gənclik
5 Vüsal Zeynalov Nizami İmtahanla qəbul edilib
6 Şaiq Heydərov Elmlər Akademiyası Cəfər Cabbarlı
7 Sərdar Babayev İnşaatçılar Bakmil
8 Elçin Süleymanov 20 Yanvar İnşaatçılar
9 Şahvələd Hüseynov Memar Əcəmi İçərişəhər
10 Ramin Əliyev Nəsimi İmtahanla qəbul edilib
11 Xalid Məmmədov Azadlıq prospekti İmtahanla qəbul edilib
12 Faiq Həsənov Dərnəgül Avtovağzal
13 Cümşüd Cəfərov İçərişəhər Sahil
14 Nurlan Nəbiyev Sahil İmtahanla qəbul edilib
15 Müstəcəb Qurbanov 28 May Nəriman Nərimanov
16 Əli Mayılov Gənclik Elmlər Akademiyası
17 Nəriman Nərimanov
18 Dəyanət Dadaşov Bakmil Şah İsmayıl Xətai
19 Elxan Zeynalov Ulduz Nəsimi
20 Vadim Məmmədov Koroğlu Həzi Aslanov
21 İlqar Rüstəmov Qara Qarayev Azadlıq prospekti
22 Mehman İbrahimov Neftçilər Koroğlu
23 Arif Həsənli Xalqlar dostluğu İmtahanla qəbul edilib
24 Cəmşid Cəfərov Əhmədli Neftçilər
25 Vidadi İbrahimov Həzi Aslanov 28 May
26 Yusif Şabanov 8 Noyabr Nizami
27 Seyfulla Vəliyev Xocasən Nəriman Nərimanov
MənbəReport
Son xəbərlər
 ⁠
Digər xəbərlər