10 C
Baku
Friday, December 13, 2024

Bakı metrosunda kassalar bağlanır

Oktyabrın 1-dən etibarən Bakı Metropolitenində gediş haqqının ödənişi yalnız “Bakıkart”lardan istifadə etməklə mümkün olacaq.

“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətindən verilən məlumata görə, yeni sistemin tətbiqi ilə əlaqədar olaraq Bakı Metropoliteninin bütün stansiyalarında “Metrokart”ların satışı, onlara gediş haqqının yüklənməsi, həmçinin pul xırdalama fəaliyyəti göstərən xəzinələrin funksiyası başa çatacaq.

Nəzərinizə çatdırırıq ki, “Bakıkart”ların satışı və gediş haqqının yüklənməsi Bakı Metropoliteninin bütün stansiyalarında, “Baku Bus” MMC-nin dayanacaqlarında, həmçinin şəhərin müxtəlif yerlərində fəaliyyət göstərən mətbuat yayımı köşklərində quraşdırılmış terminallar vasitəsi ilə həyata keçirilir. Hazırda sərnişindaşımada mövcud olan sıxlığı nəzərə alaraq sizdən xahiş olunur ki, metropolitendən istifadə edərkən özünüzlə karta yükləyəcəyiniz məbləğdə xırda pul götürəsiniz.

“Bakıkart”la yaranmış hər hansı problemlə bağlı “20 Yanvar”, “Cəfər Cabbarlı”, “N.Nərimanov” və “Neftçilər” stansiyalarında fəaliyyətdə olan “Kart analizi” mərkəzlərinə, *4343 telefon nömrəsinə və ya www.bakikart.az veb səhifəsinə müraciət edə bilərsiniz.

Trend

Son xəbərlər
Digər xəbərlər