12 C
Baku
Wednesday, December 11, 2024

Bakı metrosunun sərnişindaşımadan gəlirləri son ildə 23 mln. manat artıb

“Bakı Metropoliteni” QSC-nin sərnişindaşımadan gəlirləri 2023-cü ildə 37 faiz artıb.

Banker.az xəbər verir ki, bu barədə rəsmi statistik məlumatlarda qeyd edilir.

Belə ki, Azərbaycanda yeganə metro operatoru olan “Bakı Metropoliteni” sərnişin daşınmasında ötən il ərzində 83 milyon 482.7 min manatlıq gəlir əldə edib. Bu da 2022-ci ildə qeydə alınmış göstəricidən 22 milyon 732.8 min manat və ya 37.4 faiz yüksək göstəricidir.

Metropoliten 2022-ci ildə isə sərnişin daşınmasından 60 milyon 749.9 min manat gəlir əldə etmişdi.

Bakı metrosunda sərnişindaşımalar illik müqayisədə 5.2 faiz artımla 219 milyon 452 min nəfər təşkil edib.

Gəlirlərin dinamikasının sərnişindaşımalarından daha çox artmasına səbəb qiymətlərin öncəki ildən qaldırılmasıdır. Azərbaycanda qiymət tənzimləmələrini həyata keçirən Tarif Şurası 2023-cü ilin yanvarından hər gediş üzrə tarifləri 30 qəpikdən 40 qəpiyə qaldırmışdı və bu da 33%-dən çox artım deməkdir.

Xatırladaq ki, “Bakı Metropoliteni” 2021 və 2022-ci illər üzrə maliyyə göstəricilərini açıqlamayıb.

Son xəbərlər
Digər xəbərlər