18 C
Baku
Wednesday, May 8, 2024

Bakı Mühəndislik Universitetinin fəaliyyət istiqaməti genişləndirildi – SƏRƏNCAM

“Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində “Bakı Mühəndislik Universiteti” publik hüquqi şəxsin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 8 noyabr tarixli 2429 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidenti sərəncam imzalayıb.

“Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində “Bakı Mühəndislik Universiteti” publik hüquqi şəxsin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 8 noyabr tarixli 2429 nömrəli Sərəncamının 1-ci hissəsinə “fundamental” sözündən sonra “, nəzəri-metodoloji, pedaqoji-metodiki” sözləri əlavə edilsin.

Həmin bənddə qeyd edilirdi ki, “Universitet ali təhsilin bütün səviyyələri üzrə mühəndis kadrlarının hazırlığını, ali, orta ixtisas və əlavə təhsil proqramlarını həyata keçirən, fundamental və tətbiqi elmi tədqiqatlar aparan publik hüquqi şəxsdir”.

Son xəbərlər
 ⁠
Digər xəbərlər