19 C
Baku
Friday, May 3, 2024

Bakı şəhərinə cari ilin ilk yarısında investisiya qoyuluşu ₼4 milyardı ötüb

2023-cü ilin ilk yarımilində Bakı şəhərinin iqtisadiyyatına investisiya qoyuluşu illik müqayisədə 17.3% artıb.

Banker.az bu barədə Bak Şəhər Statistika İdarəsinə istinadən xəbər verir.

Bildirilir ki, ilin ilk yarısı ərzində əsas kapitala yönəldilən vəsaitlər 4  mlrd. 32.3 mln. manat olub.

Bunun da 2 mlrd. 169.1 mln. manatı cümlədən tikinti-quraşdırma işlərinə yönəldilib. Bu illik 13.5% artımdır.

Qeyd edək ki, DSK-nın məlumatına görə, ilin ilk yarısında ölkə üzrə ümumi investisiya qoyuluşu 7 mlrd. 148.3 mln. manat olduğu açıqlanmışdı.

Son xəbərlər
 ⁠
Digər xəbərlər