10 C
Baku
Friday, December 13, 2024

Bakı, Sumqayıt, Abşeronda aprel ayının pensiyaları ödənilib

Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu üzrə aprel ayının pensiyaları ödənilib. 2022-ci il üzrə verilməsi nəzərdə tutulan 200 manat maddi yardımın ikinci rüb üzrə nəzərdə tutulan hissəsi (50 manat) da aprel ayının pensiyasının üzərinə əlavə olunub. Vətəndaşlar pensiyalarını bank kartları vasitəsilə müvafiq bankların bankomatlarından əldə edə bilərlər.

Banker.az bu barədə Dövlət Sosial Müdafiə Fonduna istinadən xəbər verir.

Fonddan bildirilir ki, yaxın günlərdə respublikamızın digər bölgələri üzrə pensiyalar, həmçinin güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyaları da ödəniləcək.

Son xəbərlər
Digər xəbərlər