“Bakı Fond Birjası” QSC ilə (BFB) Türkiyənin “İstanbul Fond Birjası”nın (“Borsa İstanbul”) əməliyyat sistemləri inteqrasiya ediləcək.
Banker.az xəbər verir ki, bu barədə BFB-nin Biznesin inkişafı qrupunun rəhbəri Emil Babayev bildirib.
“Biz daim “Borsa İstanbul”la əlaqədəyik və son vaxtlar bu əlaqələri daha da genişləndirmişik. Orada listinqdə olan qiymətli kağızların BFB-də ticarətə buraxılmasına hazırıq, sadəcə müəyyən hüquqi və texniki işlər həyata keçirilməlidir. Bu məsələlər tezliklə həll olunacaq”, – deyə o qeyd edib.