“Aqrarkredit” QSC Bank olmayan Kredit Təşkilatı balansında olan bir sıra qeyri-yaşayış sahələri və binaları hərraca çıxarır.
Banker.az xəbər verir ki, 24 iyun 2026-cı il tarixində saat 11:00 və 11:30-da keçiriləcək hərraclarda Bakı və Abşeron ərazisində yerləşən ümumilikdə 8 daşınmaz əmlak satışa çıxarılacaq.
Hərraca çıxarılan ən bahalı əmlak Bakı şəhəri, Nərimanov rayonu, Məmməd Araz küçəsi 95 ünvanında yerləşən 1 078,1 kvadratmetrlik qeyri-yaşayış binasıdır. Obyektin start qiyməti 4 milyon 60 min manat müəyyən edilib.
Bundan başqa, Yeni Yasamal yaşayış massivində yerləşən iki iri qeyri-yaşayış sahəsi, eləcə də Xırdalan şəhərində yerləşən iki avtodayanacaq hərrac iştirakçılarına təklif olunacaq.
Hərrac Əmlak Xidmətləri Məkanında (Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi, 20 ünvanında) keçiriləcəkdir.
24 iyun 2026-cı il tarixində saat 11:30-da hərraca çıxarılan “Aqrarkredit” Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının balansında olan əmlakların siyahısı
| S/n | Əmlakın adı | Ünvanı | Daşınmaz əmlakın ümumi sahəsi (kvm) | Start qiyməti (manatla) | Beh məbləği (manatla) |
| 1 | Qeyri yaşayış binası | Bakı şəhəri Nərimanov rayonu, Məmməd Araz küşəsi,95 | 1.078,10 | 4.060.000,00 | 20300 |
| 2 | Qeyri yaşayış sahəsi | Bakı şəhəri Səbail rayonu, Zərifə Əliyeva küşəsi,3 | 412,8 | 1.690.500,00 | 8452,5 |
| 3 | Qeyri yaşayış sahəsi | Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsi, Yeni Yasamal yaşayış massivi, ev 41B (-2 səviyyə) | 5948,3 | 770.000,00 | 3850 |
| 4 | Qeyri yaşayış sahəsi | Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsi, Yeni Yasamal yaşayış massivi, ev 41B (-1 səviyyə) | 5151,7 | 828.100,00 | 4140,5 |
| 5 | Qeyri yaşayış sahəsi | Bakı şəhəri, Xətai rayonu, Çingizxan Kərimov küçəsi, giriş 7A (zirzəmi) | 1025,5 | 358.400,00 | 1792 |
24 iyun 2026-cı il tarixində saat 11:00-da hərraca çıxarılan “Aqrarkredit” Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının balansında olan əmlakların siyahısı
| S/n | Əmlakın adı | Ünvanı | Daşınmaz əmlakın ümumi sahəsi (kvm) | Start qiyməti (manatla) | Beh məbləği (manatla) |
| 1 | Qeyri-yaşayış sahəsi | Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Sumqayıt şosesi 7-ci km, “Abşeron Gənclər şəhərciyi” yaşayış kompleksi, ev 5 (Avtodayanacaq-1) | 1624,1 | 729.000,00 | 3645 |
| 2 | Qeyri-yaşayış sahəsi | Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Sumqayıt şosesi 7-ci km, “Abşeron Gənclər şəhərciyi” yaşayış kompleksi, ev 7 (Avtodayanacaq-3) | 1155,7 | 513.000,00 | 2565 |
| 3 | Qeyri-yaşayış sahəsi | Bakı şəhəri, Xətai rayonu, 2944a məhəllə, Xudu Məmmədov küçəsi (yeraltı dayanacaq) | 3282,4 | 1.071.000,00 | 5355 |







