6 C
Baku
Tuesday, February 27, 2024

Bakıda ən böyük prezident otağı olan yeni lüks otel açılır – FOTOLAR

Amerikanın otel brendi Azərbaycanda açılışa hazırlaşır.

Banker.az xəbər verir ki, “The Ritz-Carlton Baku” otelinin noyabrda açılışı olacaq.

“The Ritz-Carlton Baku” 190 geniş otaq və suit, lüks mənzillər, şəhərin ən böyük prezident otağına malik oteldir. Əvvəllər “Trump Tower Baku” adı ilə tanınan və Heydər Əliyev pospektində yerləşən 33 mərtəbəli binada “The Ritz-Carlton Baku” mehmanxanası olacaq.

Qeyd edək ki, The Ritz-Carlton Hotel Company, LLC, –  The Ritz-Carlton kimi tanınan lüks otellər şəbəkəsini idarə edən Amerikanın çoxmillətli şirkətidir.  Mövcud şirkət 1983-cü ildə, əvvəlki sahiblər Ritz-Carlton brendini və Massaçusets ştatının Boston şəhərindəki Ritz-Carlton otelini satdıqda yaradılmışdır. Brend sonradan başqa yerlərdə genişləndi. Şirkət Marriott International-ın törəmə şirkətidir.

rit1 rit2 1 rit3 rit4 rit5 rit6 rit7 rit8

Son xəbərlər
Digər xəbərlər