16 C
Baku
Saturday, April 27, 2024

Bakıda əhali ərzaq, içki və tütün məhsullarına 3 milyard manata yaxın pul xərcləyib

2023-cü ilin yanvar-fevral aylarında ticarət dövriyyəsinin həcmi  əvvəlki ilin müvafiq dövrü ilə  müqayisədə 4.9 faiz artaraq  4811 milyon manat olmuşdur.

Banker.az bu barədə Bakı Şəhər Statistika İdarəsinə istinadən xəbər verir.

Ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə  müqayisədə 6.2 faiz artaraq 2 556.9 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 3.7 faiz artaraq 2254.1 milyon manata bərabər olmuşdur.

İstehlak məhsullarının 33.4 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 47.9 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 18.7 faizi isə paytaxtın bazar və yarmarkalarında satılmışdır.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər