-1 C
Baku
Sunday, December 15, 2024

Bakıda 180 metr uzunluğunda piyada keçidi inşa edildi – FOTO

Mərdəkan-Buzovna-Bilgəh avtomobil yolunda avtonəqliyyatın intensiv hərəkətini və yol boyu yaşayan sakinlərin çoxsaylı müraciətlərini nəzərə alaraq onların təhlükəsizliyini təmin etmək məqsədilə sözügedən yolda (köhnə “Mərdəkan Broyler” ASC-nin yaxınlığı) yerüstü piyada keçidi inşa edilib.

Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.

Agentlik mütəxəssisləri yerli icra hakimiyyəti orqanlarının iştirakı ilə əraziyə baxış keçirilib, ən optimal sahə seçilərək yerüstü piyada keçidinin tikintisi həyata keçirilib. Piyada keçidinin ümumi uzunluğu panduslarla birlikdə 180 metr təşkil edir. Keçiddə yaşlı adamların, fiziki məhdudiyyətli insanların, uşaq arabalı valideynlərin rahat hərəkətini təmin etmək üçün müasir, beynəlxalq standartlara uyğun, 80 maillikli piyada pandusları quraşdırılıb.

Keçid üç dayaqlıdır. Orta hissə uzunluğu 52 metr, eni 4,5 metr olan tor şəkilli metal konstruksiyadan ibarətdir. Müasir işıqlandırma sistemi qurulmuşdur. Keçiddə həmçinin daimi qulluq edəcək personal üçün xidməti otaqlar inşa edilib.

Qeyd edək ki, bu Bakı şəhərində cari ildə inşa olunan sayca dördüncü piyada keçididir. Bundan öncə Heydər Əliyev prospektində yeraltı, Moskva prospekti və Neapol küçəsində isə yerüstü piyada keçidləri inşa edilib.

Keçid4 Keçid2 Keçid1 keçid

Son xəbərlər
Digər xəbərlər