5 C
Baku
Saturday, December 14, 2024

Bakıda avtobus parklarının yenilənməsinə 48 mln. manat ayrıldı – sərəncam

Bakı şəhərində avtobus parkının yenilənməsi məqsədi ilə Azərbaycan Prezidenti Bakı Nəqliyyat Agentliyinin balansına büdcədən vəsait ayırıb. Bu barədə Banker.az Prezidentin rəsmi saytına istinadən xəbər verir.

Sərəncamda qeyd edilir ki, Bakı şəhərinin ictimai nəqliyyatında göstərilən xidmətlərin həm təhlükəsizlik, həm də keyfiyyət nöqteyi-nəzərindən qabaqcıl dünya standartlarına çatdırılması məqsədilə, sərnişinlərin avtobus nəqliyyatından təhlükəsiz və rahat istifadəsinin təşkili üçün avtobus parkının yenilənməsi daim diqqət mərkəzindədir.

Son 3 ildə orta və iri tutumlu 300-dən artıq müasir sərnişindaşıyan avtobus alınaraq, Bakı şəhərinin marşrut şəbəkəsində istismara buraxılmışdır.

Qeyd olunan istiqamətdə işlərin davam etdirilməsinin vacibliyini nəzərə alaraq, 300 ədəd sərnişin avtobusunun alınması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 yanvar tarixli 3593 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.84-cü bəndində göstərilmiş məbləğin 47 924 000 (qırx yeddi milyon doqquz yüz iyirmi dörd min) manatı ilkin olaraq Bakı Nəqliyyat Agentliyinə ayrılıb.

Maliyyə Nazirliyi və Nazirlər Kabinetinə bu Sərəncamdan irəli gələn məsələləri həll edilməsi tapşırılıb

Son xəbərlər
Digər xəbərlər