1 C
Baku
Saturday, December 14, 2024

Bakıda biznes mərkəzlərinin sahibi yeni aqrar şirkət yaradıb

Bakıda böyük biznes mərkəzlərinə sahib olan “AGA Group”  (“AQA Şirkətlər Qrupu” QSC) Qaxda daha bir aqrar şirkət yaradıb.

Banker.az xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti “AGA Agro” MMC adlı şirkəti dövlət qeydiyyatına alınıb. Şirkət 100 manat nizamnamə kapitalı ilə Qaxda qeydiyyata alınıb və qanuni təmsilçisi Hikmət Bağmanov Kamal oğludur.

“AGA Group”un Şəki, Qax və Qarabağda fındıq bağları yaradıan “Monte Ferro” MMC adlı şirkəti də var. Bu şirkət hazırda 2 000 hektardan çox ərazidə fındıq kolları əkib.

Yeni təsis edilmiş “AGA Agro”nun yaradılmasında məqsəd digər aqrar sahələrdəki fəaliyyətlə əlaqəli olacaq.

Xatırladaq ki, “AQA Şirkətlər Qrupu” QSC 2008-ci ildə təsis edilib. Şirkətin portfelində Bakıda “Demirçi Tower”, “AGA Center”, “Caspian Plaza”, “Caspian Business Center”, “Ariana Business Park” kimi biznes mərkəzləri daxildir. Qrup həmçinin maliyyə sahəsində – “Caspian Audit”, “Ferrum Capital” və BOKT “City Finance” kimi şirkətlərə sahibdir.

Son xəbərlər
Digər xəbərlər