“Aqrar Tədarük və Təchizat” ASC 2023-cü ilin (yeni ilin) gəlişi ilə əlaqədar Bakı şəhəri əhalisinin kənd təsərrüfatı və ərzaq məhsullarına olan tələbatının təmin olunması məqsədilə 2022-ci il 17-30 dekabr tarixlərində şəhərin 4 müxtəlif ərazilərində satış yarmarkalarının təşkili və təşkilati işlərinin satın alınması üçün keçirdiyi tenderi yekunlaşdırıb.
Banker.az xəbər verir qalib şirkət, “Admedia.az” MMC-dir.
“Aqrar Tədarük və Təchizat” qalib şirkət ilə məbləği 207 491 manat olan müqavilə imzalayıb.
Qeyd edək ki, “Admedia.az” MMC 2013-cü ildə dövlət qeydiyyatına alınıb, nizamnamə kapitalı 1000 manatdır və qanuni təmsilçisi Emin Məmmədovdur.