Azərbaycan Elm Assosiasiyası 2019-cu ilin 13 və 14 aprel tarixlərində Avropa-Azərbaycan Məktəbində sayca 2-ci olan Multidissiplinar Elmi Forum (MEF 2019) təşkil etmişdir. Forumda ölkənin müxtəlif universitet və qurumlarını təmsil edən 300 nəfər iştirak etmişdir.
Azərbaycanda və ölkə hüdudlarından kənarda nüfuz sahibi olan ekspertlər tərəfindən həm dəqiq, həm də humanitar elm sahələrini əhatə edən 12 seminar təqdim edilmişdir.
Forumda aşağıdakı mövzular üzrə seminarlar təşkil olunmuşdur:
13 aprel–
14 aprel-
Bununla yanaşı, hər iki gün ərzində Azgreen şirkəti və İLM-Learn beynəlxalq təhsil mərkəzi tərəfindən müxtəlifdemoların nümayişi də baş tutmuşdur.
Forumun sonunda itirakçılara və forumun könüllülərinə sertifikatlar təqdim olunmuşdur.
Qeyd edək ki, Multidissiplinar Elmi Forum Azərbaycan Elm Assosiasiyasının keçirdiyi sayca ikinci forumdur. Assosiasiya müntəzəm qaydada müxtəlif elmi mövzuları əhatə edən seminarlar keçirir, internet üzərindən videolar, məqalələr və infoqrafikalar hazırlayaraq paylaşır.