9 C
Baku
Thursday, December 12, 2024

Bakıda tikinti şirkətləri çoxmənzilli binalardan çıxarılır

      • Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə tikinti şirkəti  binadan çıxarılıb və hequqşünas “möhtəşəm presedent” adlandırıb.

Azərbaycanda Mənzil Məcəlləsinə görə çoxmənzilli binaları sakinlərin ümumi yığıncağı idarə etməlidir. Lakin hüquqşünas Əkrəm Həsənov bildirir ki, tikinti şirkətləri buna imkan vermir.

Sakinlərin savadsızlığı və birləşməyi bacarmamasından istifadə edərək binanı idarə etməyə və sakinlərdən pul sovurmağa davam edirlər. Ə.Həsənov deyir ki, hətta onlara ödəniş etməyən sakinlərə zülm edir, məhkəməyə müraciət edərək ödəniş də tələb edirlər.

Əksəriyyət elə düşünür ki, guya çoxluğa malik olmayan sakinlər məhkəməyə müraciət edə bilməz. Bununla bağlı hüquqşünas öz başına gələn  hadisə ilə bağlı media bəhs edib. O bildidir ki, ölkədəki bu yanaşmanı alt-üst etmək üçün birinci öz yaşadığı binadan başlayıb.

“Binanı guya sakinlərin çoxu ilə müqavilə bağlamış Novruz Zeynalov adlı tikinti maqnatına məxsus “Komfort Yaşam” MMC idarə edir. Halbuki, ümumi yığıncağın və ya bələdiyyənin qərarı olmadan sakinlərlə müqavilə bağlanıla bilməz. Çünki söhbət binanın ümumi mülkiyyətdə olan əmlakının idarə edilməsindən gedir. İddia tələbimi də sırf bunun üzərində qurdum”.

akram hasanov
Əkrəm Həsənov

Xətai rayon məhkəməsində Aygün Həsənovanın hakimliyi ilə iddiası təmin edilməyib. 10 fevral 2023-cü il tarixdə isə Bakı Apellyasiya Məhkəməsi hakim Xumar Mərdanovanın sədrliyi ilə qərara alıb ki, ümumi yığıncağın iradəsi olmadığı üçün “Komfort Yaşam” MMC binanı qanunsuz idarə edir, buna görə də binadan çıxarılmalı və onun idarəetməsindən kənarlaşdırılmalıdır. (Qətnaməni dərc edilib).

Bununla belə, məhkəmə indiyədək “faktiki xidmət göstərdiyi” üçün MMC-yə ötən dövr üçün ödənişlərin edilməsi qənaətində də qalıb. Ə.Həsənoov bunu da “yanlış mövqe” sayır. “Çünki binanı zəbt etmiş şəxsə hansı ödənişdən söhbət gedə bilər axı! Amma bu, əsas məsələ deyil. Əsas odur ki, ölkədə ilk dəfə cəmi bir neçə (dörd) sakinin iddiası ilə tikinti şirkəti idarə etdiyi binadan çıxarılacaq”.

Hüquqşünas ehtimal edir ki, tikinti şirkəti Ali Məhkəməyə şikayət edəcək.

“Amma bu, artıq heç nəyi dəyişə bilməz. Düzgün yanaşma öz təşəkkülünü tapacaq. Bu qətnamə digər binaların sakinləri üçün örnək olacaq. Odur ki, tikinti şirkətlərini binalarınızdan qovun, idarəetməni öz əlinizə alın.”

Son xəbərlər
Digər xəbərlər