22 C
Baku
Thursday, April 25, 2024

Bakıda və Gəncədə restoranlar cərimələndi – Adları

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) pandemiya dövrünün tələblərinə, bu sahədə müvafiq qanunvericiliyin icrasına nəzarət məqsədilə 2021-ci il noyabrın 30-da ölkə üzrə 403 ictimai iaşə obyektində 696 monitorinq keçirib.

Banker.az bu barədə AQTA-ya istinadən xəbər verir.

Monitorinqlər zamanı 8müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub. Aşkar edilmiş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.

Pozuntular aşkar edilmiş ictimai iaşə müəssisələri aşağıdakılardır:

1. Bakı şəhəri, Nizami ‎rayonu, M. Gəncəvi küç., ev 26 ünvanında yerləşən, fiziki şəxs “Resant Consulting and management” MMC-yə məxsus “Wall Street” restoranı;

2. Bakı şəhəri, Sabunçu ‎ rayonu, Bünyadov küç., ev 6 ünvanında yerləşən, fiziki şəxs Sengül Mehmete məxsus “Manqal Dönər” dönər evi;

3. Bakı şəhəri, Binəqədi rayonu, K. Atatürk pr., ev 64 ünvanında yerləşən, fiziki şəxs Xəlilov Əsgər Vaqif oğluna məxsus “Ordubad Süfrəsi” restoranı;

4. Bakı şəhəri, Səbail ‎ rayonu, Salyan şosesində yerləşən, fiziki şəxs Rzazadə Gülağa Ceyhun oğluna məxsus “Xəzər“ kafesi;

5. Gəncə şəhəri, H. Əliyev pr. 149 ünvanında yerləşən, fiziki şəxs Qarayeva Zərinə Rüstəm qızına məxsus “Neptun” kafesi;

6. Gəncə şəhəri, H. Əliyev pr. 90m ünvanında yerləşən, fiziki şəxs Məmmədov Fərid Mərdan oğluna məxsus “Zefir” kafesi;

7. Gəncə şəhəri, H. Əliyev pr. 65 ünvanında yerləşən, fiziki şəxs Abbasov Elmin Elşən oğluna məxsus dönərxana;

8. Gəncə şəhəri, Gülüstan qəsəbəsində yerləşən, fiziki şəxs Məmmədov Qaffar Nurəddin oğluna məxsus “Kəşfiyyat” restoranı.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər