Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) pandemiya sahəsində müvafiq qanunvericiliyin icrasına nəzarət məqsədilə 2022-ci il fevralın 20-də ölkə üzrə 347 ictimai iaşə obyektində 618 monitorinq keçirilib.
Banker.az AQTA-ya istinadən xəbər verir ki, monitorinqlər zamanı 4 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub. Aşkar edilmiş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.
Pozuntular aşkar edilmiş ictimai iaşə müəssisələri aşağıdakılardır:
1. Bakı şəhəri, Binəqədi rayonu, H. Hüseynov küç., ev 17 ünvanında yerləşən, fiziki şəxs Həsənov Ramin Miraslan oğluna məxsus “Dəyirman” restoranı;
2. Bakı şəhəri, Səbail rayonu, Ü. Hacıbəyov küç., ev 18 ünvanında yerləşən, fiziki şəxs Qasımov Əzizbəy Mirzəbəy oğluna məxsus “Love City” kafesi;
3. Bakı şəhəri, Nəsimi rayonu, Hüseynbala Əliyev küç., ev 4 ünvanında yerləşən, fiziki şəxs Dağıstanlı İsmayıl Mahama oğluna məxsus “Antep Lahmacun” restoranı;
4. Bakı şəhəri, Nərimanov rayonu, F. Xoyski pr., 121E ünvanında yerləşən, fiziki şəxs “EK-HOST GR” MMC-yə məxsus “Askar” mehmanxanasında fəaliyyət göstərən restoran.