7 C
Baku
Thursday, December 12, 2024

“Baku Electronics”in nizamnamə kapitalı 200 min manat artırıldı

“Baku Electronics” Məhdud Məsuliyyətli Cəmiyyətinin nizamnamə kapitalı artırılır.

Banker.az xəbər verir ki, “Baku Electronics” MMC-nin nizamnamə kapitalı 14 946 300 manatdan 15 146 300 manata qədər artırılıb.

Belə ki, nizamnamə kapitalı 200 000 manat artırılıb.

Xatırladaq ki, “Baku Electronics” MMC 2001-ci ildə yaradılıb, qanuni təmsilçisi Saeid Nakhjavani-dir.

Onu da qeyd edək ki, “Baku Electronics” Məhdud Məsuliyyətli Cəmiyyəti “Smartlink” MMC-nin ona qoşulması ilə əlaqədar olaraq yenidən təşkil olunduğunu elan etmişdir.

Son xəbərlər
Digər xəbərlər