11 C
Baku
Wednesday, December 11, 2024

“BakuBus”a yeni rəhbər təyin edildi

“BakuBus” MMC-nin direktoru Elnur Qarayev vəzifəsindən azad edilib.

Banker.az-ın məlumatına görə, şirkətə rəhbərlik Hikmət Qəribov Əbdürrəhman oğluna həvalə edilib.

“BakuBus” Nazirlər Kabinetinin 3 aprel 2014-cü il tarixli qərarı ilə Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində yaradılıb, ölkə prezidentinin 6 iyul 2018-ci il tarixli fərmanı ilə BNA-nın tabeliyinə, 12 fevral 2021-ci il tarixli sərəncamı ilə isə Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verilib.

Son xəbərlər
Digər xəbərlər