8 C
Baku
Friday, December 13, 2024

“BakuBus”ın dövlətə 2 milyon manatdan çox vergi borcu var

“BakuBus” MMC-nin dövlət qarşısında vergi borcu daha da artıb.

Bu barədə Banker.az-ın İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumat bazasından etdiyi rəqəmlər deyir.

Məlumata əsasən, “BakuBus”ın 2 087 216.62 manat vergi borcu var.

Qeyd edək ki, bu borclar barədə son məlumat 15 yanvar 2023-cü il tarixinə qədər olandır.  14 fevral 2022-ci il tarixinə isə BakuBus-ın vergi borcu 1 498 157 manat təşkil edirdi.

Xatırladaq ki, “BakuBus”ın nizamnamə kapitalı 30 milyon manatdır. Şirkət paytaxtda avtobuslarla beynəlxalq standartlara uyğun sərnişindaşıma xidməti göstərir.

Son xəbərlər
Digər xəbərlər