9 C
Baku
Friday, December 13, 2024

Balmer Microsoft-dan gedir

Şirkətin keçmiş rəhbəri Stiv Balmer Microsoft şirkətinin direktorlar şurasından getdiyini elan etdi. Balmerin yazdığı açıq məktubda deyilənlərə əsasən, o rəhbər vəzifəsini tərk etdikdən sonra çox “məşğul” olmuş və bu şəkildə işləməyin heç bir məqsədə xidmət etmədiyini düşünür.

Onun direktorlar şurasını tərk etməsi barədə qərarı bu yaxınlarda Los Angeles Clippers basketbol komandasının alınması ilə bağlıdır. O bildirmişdir: “Mən görürəm ki, klubla iş, təlim və tədris mənim həddindən artıq çox vaxtımı alır”.

Balmerin istefa verməsi ilə bağlı qərarı elan edildikdən sonra şirkətin səhm dəyərləri “oynamağa” başladı. Nyu-York fond birjasının (NYSE) ticarət sessiyasının nəticələrinə görə Microsoft kotirovkaları 7,3% yüksəlmişdir.

Son xəbərlər
Digər xəbərlər