“Bank Avrasiya” ASC-nin kredit portfeli 2025-ci ilin sonuna 125.01 mln. manat təşkil edib. Bu, 2024-cü illə müqayisədə 0.8 mln. manat və ya 0.6% çoxdur.
Banker.az bunu Bankın illik audit hesabatına istinadən xəbər verir.
Bankın kredit portfelində əsas dəyişiklik pərakəndə kreditləşmənin genişlənməsi hesabına baş verib. Belə ki, istehlak kreditləri il ərzində 49.6% artaraq 17.97 mln. manata çatıb. Avtomobil kreditləri isə 30.1% artımla 9.57 mln. manat olub.
Ən yüksək artım fərdi sahibkarlıq kreditlərində qeydə alınıb. Bu kateqoriya üzrə portfel 2.3 dəfə böyüyərək 2.34 mln. manata yüksəlib.
Bununla yanaşı, bankın korporativ kredit portfeli 9.1% azalaraq 62.05 mln. manata enib. İpoteka kreditləri isə faktiki olaraq dəyişməyərək 55.21 mln. manat səviyyəsində qalıb.
Hesabat dövründə problemli kreditlər üzrə yaradılan ehtiyatlar da artıb. Kredit zərərləri üzrə ehtiyatlar 19.47 mln. manatdan 22.12 mln. manata yüksəlib ki, bu da 13.6% artım deməkdir.






