23 C
Baku
Tuesday, April 23, 2024

Bank Bakıda yeni filial açıb

Bu gün Bakıda “Bank VTB (Azərbaycan)”ın yeni ofisi – “Elmlər” filialı açılıb. Bankdan Filial H.Cavid prospekti 32 ünvanında, “Elmlər Akademiyası” metro stansiyası yaxınlığında yerləşir.

“Elmlər” filialı fərdi sahibkarlara, hüquqi və fiziki şəxslərə geniş spektrdə bank xidmətləri təklif edir. Müştərilərə cari və depozit hesabların açılması, plastik kartların sifarişi, ölkə daxilinə və xaricə pul göndərilməsi və alınması, hesablaşma-kassa əməliyyatları üzrə xidmətlər təklif edilir. Filialda kiçik və orta sahibkarlığın inkişafına yönəlmiş maliyyə xidmətlərinə xüsusi diqqət yetiriləcək.

“Elmlər” filialının üstünlüklərindən biri seyft qutularının icarəsi üzrə xidmətin göstərilməsidir. Müştərilər sənədlərini, zinət əşyalarını, pullarını və digər qiymətli əşyalarını güvənli və təhlükəsiz şəraitdə qoruyub saxlamaq üçün müxtəlif həcmli depozit qutularını icarəyə götürə bilər.

“Paytaxtın sıx əhalisi olan hissələrindən birində yeni filialın açılması bankın inkişaf strategiyasına uyğundur. Məqsədimiz Azərbaycan sahibkarları üçün əsas tərəfdaş bank olmaqdır. Müştəri və tərəfdaşlarımızın rahatlığını təmin etmək üçün biz, filial şəbəkəmizin yaxşılaşdırması və müasirləşdirilməsi siyasətimizi davam edəcəyik”

– deyə, bank VTB (Azərbaycan)-ın idarə heyətinin üzvü, korporativ biznesin inkişafı departamentinin direktoru İqor Okayev bildirib.

 

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər