21 C
Baku
Friday, April 26, 2024

Bank of Baku-dan 20% ilkin ödənişlə 100.000 AZN-dək İpoteka Krediti

Bank of Baku, İpoteka kreditləri üzrə şərtlərini daha da yüngülləşdirdi. İndi ev əldə etmək arzusunda olan şəxslər 100.000 AZN-dək İpoteka Kreditini güzəştli şərtlərlə minimal 20% İLKİN ÖDƏNİŞ etməklə əldə edə bilərlər.

Azərbaycan İpoteka Fondu tərəfindən ayrılan vəsaiti hesabına Bank of Baku tərəfindən təklif olunan İpoteka Kreditlərinin maksimal ÖDƏNİŞ MÜDDƏTİ 25 İL, İLLİK FAİZ DƏRƏCƏSİ 8% təşkil edir.

Kreditin rəsmiləşdirilməsi üçün tələb olunan ilkin sənədlər aşağıdakılardan ibarətdir:

  • Şəxsiyyəti təsdiq edən sənəd və sənədin surəti;
  • Nikah (və ya nikahın pozulması) haqqında şəhadətnamə və sənədin surəti;
  • Yetkinlik yaşına çatmamış ailə üzvlərinin şəxsiyyət vəsiqələri və ya doğum haqqında şəhadətnamələri və həmin sənədlərin surəti;
  • İş yerini və gəlirlərini təsdiq edən sənədlər.

Mənzil sahibi olmaq istəyən şəxslər https://e-ipoteka.az/ saytından qeydiyyat keçib, ərizə formasını doldurmaqla Bank of Baku-ya müraciət edə bilərlər.

Bank of Baku-nun təqdim etdiyi İpoteka krediti haqqında daha ətraflı məlumatı 145 Məlumat Mərkəzinə zəng etməklə və ya banka yaxınlaşmaqla  əldə etmək olar.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər