14 C
Baku
Saturday, April 27, 2024

“Bank BTB” 1-ci rüb üzrə maliyyə göstəricilərini açıqladı

“Bank BTB” ASC 2022-ci ilin 1-ci rübünə olan maliyyə göstəricilərini açıqlayıb.

Banker.az bu barədə bankın maliyyə hesabatına istinadən xəbər verir.

3 ay ərzində “Bank BTB”nin gəlirləri 7 milyon manat, xərcləri 8 milyon 8 min manat, xüsusi ehtiyatlara ayırmaları isə 3 milyon 201 min manat təşkil edib. Ötən ilin eyni dövründə isə bankın gəlirləri 8 milyon 168 min manat, xərcləri isə 8 milyon 108 min manat olub. Bank mənfəət vergisi ödəməyib. Cari ilin 1-ci rübündə bank 3 milyon 295 min manat zərər edib.

Bu il aprelin 1-nə “Bank BTB”nin aktivləri 356 milyon 788 min manat olub ki, bu da 1 il əvvələ nisbətən 6% çoxdur. Bunun 247 milyon 438 min manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 17.4% böyüyüb.

Hesabat dövründə “Bank BTB”nin öhdəlikləri 8% artaraq 305 milyon 132 min manata,  balans kapitalı isə 5% azalaraq 51 milyon 566 min manat olub.

Xatırladaq ki, “Bank BTB” 2010-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 66.45 milyon manatdır.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər