6 C
Baku
Sunday, December 15, 2024

Bank BTB-dən Aqrar sektora sərfəli mikrokreditlər

®Bank BTB kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən sahibkarlara dəstək olmağa davam edir. Belə ki, bank Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA) ilə birgə əməkdaşlıq çərçivəsində aqrar sektorda fəaliyət göstərən sahibkarlara kənd təsərrüfatı texnikası, damazlıq heyvan alışı və digər zəruri mal və avadanlıqların alınması üçün güzəştli şərtlərlə mikro kreditlər təklif edir. 

Qeyd edək ki, 15.000 AZN-dək təqdim olunan mikro kreditlər 3 illik12 ay güzəşt müddətinə təklif olunur. Kreditlərin maksimum illik faiz dərəcəsi 12%-dir.

Nəzərinizə çatdıraq ki, Bank BTB bu layihə çərçivəsində bu günə kimi 100-ə yaxın fermerə, ümumilikdə 1 000 000 AZN –dən çox kredit vermişdir.

Güzəştli kredit əldə etmək istəyən şəxslər Bank BTB-nin xidmət şəbəkəsinə, onlayn müraciət kanalları olan Facebook (www.facebook.com/bankbtb) və Instagram (www.instagram.com/bankbtb/) səhifələrinə, eləcə də 055 3000 946 WhatsApp (https://wa.me/994553000946)  nömrəsinə müraciət edə bilərlər. Həmçinin, bu və digər məhsul və kampaniyalar haqqında (012) 946 nömrəli Məlumat mərkəzindən və www.btb.az rəsmi saytından məlumat əldə etmək mümkündür.

Son xəbərlər
Digər xəbərlər