8 C
Baku
Thursday, December 12, 2024

Bank BTB MİDA xətti ilə Hövsan – 2 layihəsinin ilk satışını rəsmiləşdirdi

®Məlum olduğu kimi, MİDA tərəfindən 16 dekabr tarixində Hövsan, Sumqayıt və Gəncə Yaşayış Kompleksləri üzrə satışa çıxarılan mənzillərin kreditləşməsi prosesində Bank BTB də iştirak edib. 

Bu dəfə MİDA xətti ilə Hövsan – 2 layihəsinin ilk satışı Bank BTB tərəfindən rəsmiləşdirildi. Uduşda iştirak edib mənzil seçimi edən vətəndaşlara peşəkar işçi heyəti çevik xidmət göstərərək sənədləşməni 1 iş günü ərzində həyata keçirmişlər. Onu da qeyd edək ki, Bank BTB xidmət prosesində kredit rəsmiləşdirilməsi zamanı müştəridən rəsmiləşdirilmə komissiyası tutmur. Bütün bunlarla yanaşı, güzəştli mənzilləri Bank BTB-də rəsmiləşdirən müştərilərə məişət texnikası HƏDİYYƏ olunub, İpoteka şöbəsinin rəhbəri şəxsən onları təbrik edib.

mida satis

Siz də qısa zamanda mənzil sahibi olmaq və hədiyyə qazanmaq istəyirsinizə işinizi Bank BTB-yə həvalə edin.

Qeyd edək ki, Bank “BTB” ASC Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) xətti üzrə mənzillərin güzəştli şərtlərlə əhaliyə təqdim olunmasına vasitəçilik edən müvəkkil banklar sırasındadır.

Bankın təqdim etdiyi məhsul, xidmət və kampaniyalar barədə məlumat almaq istəyən şəxslər onlayn müraciət kanalları olan Facebook (www.facebook.com/bankbtb) və Instagram (www.instagram.com/bankbtb/) səhifələrinə, eləcə də 055 300 09 46 WhatsApp (https://wa.me/994553000946) nömrəsinə müraciət edə bilərlər. Bundan əlavə (012) 946 nömrəli məlumat mərkəzi və www.btb.az rəsmi saytı müştərilərin xidmətindədir.

Son xəbərlər
Digər xəbərlər