15 C
Baku
Friday, April 26, 2024

Bank BTB özünüməşğulluq proqramı çərçivəsində aztəminatlı ailələrə dəstək oldu

®Bank BTB əhalinin həssas qruplarına özünüməşğulluq proqramı çərçivəsində yenidən dəstək oldu. Belə ki, bankımız Sabunçu, Neftçala və Qusar rayonlarında yaşayan 4 aztəminatlı ailəni öz seçimlərinə uyğun lazımi avadanlıq və ləvazimatlarla təmin edib. Onlardan Namazova Iradə – kiçik dərzi sexi, Əzimova Gülnur – qadın gözəllik salonu, Əhmədxanov Zahir – musiqiçi, Cəfərli Təbriz – kişi bərbərxanası istiqamətində kiçik biznesini Bank BTB-nin dəstəyi ilə qurmağa başlayıb.

Qeyd edək ki, Bank BTB Özünüməşğulluğa Dəstək proqramı çərçivəsində ümumilikdə 44 ailəyə dəstək olub.

Bankımız Bakı, Gəncə və Sumqayıt şəhərlərində yerləşən 8 xidmət nöqtəsilə müştərilərə xidmətlərini təqdim edir.

Bankın məhsul və xidmətləri barədə məlumat almaq istəyən şəxslər rəsmi sosial media kanalları olan Facebook (www.facebook.com/bankbtb) və Instagram (www.instagram.com/bankbtb/) səhifələrinə, eləcə də 055 3000 946 WhatsApp (https://wa.me/994553000946) nömrəsinə müraciət edə bilərlər. Bundan əlavə (012) 946 nömrəli məlumat mərkəzi və www.btb.az rəsmi saytı müştərilərin xidmətindədir.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər