“Bank BTB” ASC-nin Problemli Kreditlər Departamentinin İcra şöbəsinin yeni rəhbəri təyin edilib.
Banker.az-a daxil olan məlumata əsasən, bu vəzifəyə ötən ayın sonundan başlayaraq Rüfət Əbdürrəhmanov təyin edilib.
Bildirək ki, o, buna qədər “Bank Respublika” ASC-də eyni vəzifədə çalışırdı.
Qeyd edək ki, 2019-cu il ərzində bank menecementinə bir neçə yeni adları daxil edib.