22 C
Baku
Thursday, April 25, 2024

Bank hesablarını tənzimləyən yeni qaydalar müzakirə edilib

10 oktyabr tarixində Azərbaycan Banklar Assosiasiyasında(ABA) Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) tərəfindən ABA-ya ünvanlanmış “Banklarda hesabların açılması, aparılması və bağlanması Qaydaları”nın yeni layihəsinə rəy və təkliflərin müzakirəsi həyata keçirilib.

Bundan əvvəl MBNP tərəfindən göndərilən bu qaydalara rəylər və təkliflər ABA tərəfindən müzakirə üçün toplanılmışdır. Rəy və təkliflərin müzakirəsi “Müvəqqəti İşçi Qrup”un ilk iclasında müzakirə olunub.

Müzakirə MBNP, Maliyyə Monitorinq Xidmətinin və ABA-nın “ÇPY qarşı mübarizə və Komplayens” və “Hüquqi məsələlər” üzrə Ekspert quruplarının nümayəndələrindən  ibarət “Müvəqqəti İşçi Qrup”u tərəfindən həyata keçirilib.

Xatırladaq ki, “Müvəqqəti İşçi Qrup” məhz  sözügedən yeni layihənin rəy və təkliflərinin toplanması və emalı məqsədilə yaradılıb.

Qeyd edək ki, ABA 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın yaradılmasında əsas məqsəd üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarət olub. Hazırda 30 bank və 2 bank olmayan kredit təşkilatı, eyni zamanda Azericard MMC ABA-nın üzvüdür

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər