8 C
Baku
Thursday, March 28, 2024

Bank of Baku-dan Tələbələrarası İntellekt Olimpiadasına DƏSTƏK! ®

Elmin və biliyin gücünə hər zaman inanan, bank sektorunun akademiyası olaraq tanınan Bank of Baku, “LEAD Education” Təhsil və İnnovasiya Mərkəzi və “YAP Gənclər Birliyi” ilə birgə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə özəl olaraq “Tələbələrarası İntellekt Olimpiadası” layihəsinə start verib.

Bankın baş sponsorluğu ilə bilikli və bacarıqlı tələbələr arasında keçiriləcək olimpiadanın əsas məqsədi, gənclərdə Azərbaycan tarixinə maraq yaratmaq və onlarda tarixi hadisələrə şüurlu və yaradıcı təfəkkürlə yanaşma imkanı verməkdir.

Bakalavr pilləsində təhsil alan tələbələr arasında (sonuncu kurs tələbələri istisna olmaqla) təşkil olunan layihədə iştirak ödənişsizdir. İki mərhələdən ibarət olan olimpiadanın ilk turu – 27 aprel, 4 may və 11 may tarixlərində keçiriləcək. Yüksək nəticə göstərən tələbələr final mərhələsində iştirak hüququ qazanacaq. Final mərhələsində iştirak edən tələbələr müxtəlif hədiyyələrlə mükafatlandırılacaq.

Olimpiadada iştirak etmək istəyən şəxslər, universitetlərdə yaradılmış olimpiada mərkəzlərinə müraciət edə və ya linkə (http://bit.ly/2UxRfm9) daxil olaraq qeydiyyatdan keçə bilərlər.

Layihə haqqında daha ətraflı məlumat almaq istəyən şəxslərin (012)595-05-35, (055)576-05-35, (070)576-05-35 nömrələri ilə əlaqə saxlamaları xahiş olunur.

 

Daha ətraflı:

145 Məlumat Mərkəzi

www.bankofbaku.com 

www.facebook.com/bankofbaku

Son xəbərlər
Digər xəbərlər