7 C
Baku
Thursday, December 12, 2024

“Bank of Baku”nun direktoru vəzifəsindən ayrıldığını açıqladı

“Bank of Baku” ASC-nin xanım direktorlarından biri vəzifəsindən ayrıldığını açıqladı.

Vəzifəsindən ayrılan bankın İctimai əlaqələr və marketinq departamentinin direktoru Gülşən Cumayevadır.

“6 il 3 ay 10 gün öncə başlayan həyat kitabımın “Bank of Baku” adlı bölümünü bu gündən etibarən rəsmi olaraq sonlandırıram”- deyə, G.Cumayeva deyib.

O, 2015-ci ilin oktyabrında “Bank of Baku”nun Media əlaqələri şöbəsinə müdir kimi gəlmişdi. 2016-cı ilin sentyabrından İctimai əlaqələr şöbəsinə müdir, 2017-ci ilin  mayından isə yuxarıda qeyd edilən departamentin direktoru vəzifəsinə təyin edilmişdi.

“Devalvasiyalar sonrası yaranan çətinliklərin fonunda çalışmaq nə qədər çətin idisə, bir o qədər də zövqlü idi” – deyə, o öz sosial hesabında açıqlayıb.

Gülşən Cumayeva həmçinin “Rabitəbank” ASC və “FINCA Azərbaycan BOKT” MMM-də müxtəlif vəzifələrdə çalışıb.

Son xəbərlər
Digər xəbərlər